"Telegram"ın yaradıcısı ilə bağlı ŞOK İDDİA - Hərbi əməliyyatlarda...
Video
26.08.2024 17:52
Qərb “Telegram”ın yaradıcısı Pavel Durovu saxlamaqla xüsusi hərbi əməliyyat (SVO) haqqında məlumat əldə etmək istəyir.
TodayPress xəbər verir ki, bu fikri Avstraliyalı deputat və “Wikileaks” portalının qurucusu Culian Assancın ictimai müttəfiqi Adrian Makrey deyib.
“Rusiya SVO-nun pillələrində həm yuxarı, həm də aşağı informasiya axınına arxa qapıdan çıxış əldə etmək üçün Durov hazırda həbsdədir. Ümid edək ki, o, Assanc qədər güclüdür” deyə o qeyd edib.
Onun sözlərinə görə, Fransanın məqsədi hakimiyyət orqanlarının messencerdəki məlumatlara çıxış əldə etməsidir.
Qeyd edək ki, Durov avqustun 24-də axşam Azərbaycandan gələrkən Parisin “Le Burje” hava limanında saxlanılıb. O, bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.
Günəş Mərd