Tehran Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək

Video

20.09.2024 14:12

“Azərbaycanla Ermənistan arasında oktyabrda sülh müqaviləsinin bağlanması istiqamətində ABŞ və Böyük Britaniya birgə çalışır. ABŞ kəşfiyyat rəsmisinin və Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin (Mİ6) rəhbərinin Azərbaycana səfəri əsasən bununla bağlı idi”.

TodayPress xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə öz “WhatsApp” sosial şəbəkəsindəkı paylaşımında bildirib. 

O, qeyd edib ki, London və Vaşinqton Xəzər hövzəsində yeni geosiyasi layihələr hazırlayır: 

“Onlar Rusiyanı regiondan çıxarmaq və Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi formada işləyirlər. İranın bütün “isterika”larına baxmayaraq, Tehran Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək”.

Töhfə Səməd

tag: Zəngəzur,Rusiya ,Vaşinqton ,Tehran ,Dəhliz ,todaypress.az