Təhlükəsizlik Xidməti əməliyyat keçirdi: Dövlət çevrilişinə cəhdin qarşısı alındı

Video

01.07.2024 20:10

Ukrayna Təhlükəsizlik Xidməti bu il iyunun 30-da Kiyevdə təxribatlar hazırlayan bir qrup ictimai “fəal”ı ifşa edib. Bildirilir ki, onlar Ali Radanı ələ keçirməyi planlaşdırıblar.

TodayPress bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadla xəbər verir.

İstintaqın məlumatına görə, qruplaşmaya 2015-ci ildən anti-Ukrayna hərəkətləri ilə tanınan ictimai təşkilatın həmtəsisçisi rəhbərlik edib. Qrup qondarma “veçe” keçirmək adı altında Ukraynanın hazırkı hərbi-siyasi rəhbərliyinin hakimiyyətdən uzaqlaşdırılmasını elan etməyi planlaşdırırdı. Sonra “fəallar” Ali Radanın binasını ələ keçirməyə və onun işinə mane olmağa ümid edirdilər.

Qrupun lideri cinayət planını həyata keçirmək üçün öz sıralarına Kiyevdən, Dneprdən və digər bölgələrdən olan ictimai birliklərin üzvlərini – öz şəriklərini cəlb edib. Məxfilik məqsədi ilə müxtəlif mesencerlər vasitəsilə əlaqə saxlanılıb və şəxsi görüşlər yalnız 3 nəfərlik kiçik qruplar şəklində baş tutub.

“Fəalların” evlərində axtarış zamanı onlardan silah-sursat, həmçinin mobil telefonlar, kompüter avadanlığı və cinayət əməllərini göstərən qaralama qeydləri aşkar edilib.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Onların əmlakı müsadirə olunmaqla 10 ilə qədər həbs cəzası gözləyir.(azərtag.az)

tag: Ukrayna, Təhlükəsizlik Xidməti, Təxribat, Ali Rada, Dünya, todaypress.az