TƏCİLİ! Xətaidə dəhşətli yanğın: Xəzər TV-nin işçiləri TƏXLİYƏ EDİLDİ

Video

27.09.2024 15:56

Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın baş verib. 

TodayPress xəbər verir ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

TodayPress-in əldə etdiyi məlumata görə, hazırda yanğın səbəbindən  “Xəzər” televiziyasının əməkdaşları təxliyə edilir. 

Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

tag: Yanğın ,Xətai ,FHN, Hadisə ,todaypress.az