TƏCİLİ! Təqaüdlər artırıldı

Video

15.03.2025 15:20

“Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınıb”. 

TodayPress xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. 

Deputatın sözlərinə görə, bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitlərdir: 

“Məşğulluq haqqında” Qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd verilir. 2025-ci ilin yanvar ayından minimum əmək haqqı 325 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüdün məbləği də artırılıb. Belə ki, əvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 162.5 manat idisə, indi həmin təqaüd artırılaraq 200 manat olub. Bu o deməkdir ki, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüdün məbləği 14 faiz artırılıb". 

Millət vəkili qeyd edib ki, digər bir sıra təqaüdlərdə artımlar ilə bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır və onların bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir.     

Vüqar Bayramov yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımların olacağını vurğulayıb. 

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Təqaüd,Artım,Todaypress.az