TƏCİLİ! Ruslar Xarkovu bombaladı: MATƏM ELAN EDİLDİ

Video

31.08.2024 15:29

Avqustun 30-da rus qoşunlarının Ukraynanın Xarkov vilayətinə genişmiqyaslı hücumu nəticəsində 6 nəfər həlak olub.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.  

Məlumata görə, hücum nəticəsində ümumilikdə 97 nəfər xəsarət alıb, onlardan 22-si uşaqdır.    

Bildirilir ki, ruslar avqustun 30-da Xarkova kütləvi hücuma keçiblər. Hücum zamanı hava bombalarından istifadə olunub. 

82 yaşayış binasına, 11 fərdi yaşayış evinə, üç inzibati binaya, iki təhsil müəssisəsinə, əllidən çox avtomobilə ziyan dəyib. 

Həlak olanlara görə Xarkovda matəm elan olunub. 

Günəş Mərd


tag: Ukrayna, Xarkov ,Hücum, Atəş ,Bomba, todaypress.az