TƏCİLİ! Rusiyadan ƏKS HƏMLƏ: 60 min əsgər Kurska yığıldı!
Video
06.09.2024 16:25
“Çox güman ki, ruslar yaxın vaxtlarda Kursk istiqamətində hücuma keçməyə çalışacaq”.
TodayPress “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sözçüsü, polkovnik Vladislav Seleznyov bildirib.
Son məlumatlara görə, Rusiya artıq Ukraynadan Kurska 60 min əsgər köçürüb. Xüsusilə, Moskva, Leninqrad rayonları, Tümen, Uzaq Şərq və digər bölgələrdən çağırışçılar var.
"Hər şey Rusiyanın yaxın gələcəkdə hücuma keçəcəyini göstərir" deyə o, əlavə edib.
Seleznyovun sözlərinə görə, Rusiya bu zaman hətta müəyyən uğurlar da əldə edə bilər.
O, qeyd edib ki, Ukrayna Kursk vilayətini daimi nəzarətdə saxlamağı planlaşdırmır. Rəsmilər də öz növbəsində Kiyevin xarici torpaqlara ehtiyacı olmadığını iddia edirdilər.
"Əslində Kursk hücumu 2024-cü il müdafiə əməliyyatının tərkib hissəsidir" deyə ekspert izah edib.
Qeyd edək ki, hazırda Ukraynanın Rusiyanın Kursk vilayətində hərbi əməliyyatları davam edir.
Günəş Mərd