Tblisidə hökumət əleyhinə etirazların növbəti dalğası başladı
Video
11.12.2024 13:55
Tbilisidə ölkə parlamentinin binası yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Etirazçılar yenidən Tbilisinin Rustaveli prospektinə toplaşaraq küçə boyu hərəkəti bağlayıblar. Onların tələbləri yeni parlament seçkilərinin keçirilməsi və hazırkı hökumətin istefasıdır.
Noyabrın 28-də Gürcüstanda növbəti etiraz dalğası başlayıb.Tiflis şəhərinin mərkəzində parlament binası qarşısında hər gün nümayişlər keçirilir. Axşam başlayır və səhərə qədər davam edirlər.
İğtişaşlar baş nazir İrakli Kobaxidzenin hakim partiya olan “Gürcü Arzusu - Demokratik Gürcüstan”ın Avropa İttifaqına üzvlüklə bağlı danışıqları öz gündəliyinə daxil etməkdən imtina etdiyini və 2028-ci ilin sonuna qədər Aİ-dən bütün büdcə qrantlarını qəbul etməkdən imtina etdiyini deməsindən sonra başlayıb.
O, səbəb kimi Aİ-nin üzvlük dialoqu ilə bağlı davamlı şantaj etməsi, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğvi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı çağırışlar göstərdiyini izah edib.
Oktyabrın sonlarında Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə keçirilən son parlament seçkilərini tamamilə saxtakar adlandırıb və ölkə sakinlərini nəticələrə etiraz etmək üçün dərhal Tbilisidəki parlament binasına yürüş etməyə çağırıb.
Parlamentə daxil olan bütün müxalifət partiyaları Mərkəzi Seçki Komissiyasının məlumatlarının saxtalaşdırıldığını hesab etdikləri üçün seçkilərin nəticələrini tanımaqdan imtina edirlər.