Tarix yenidən təkrarlandı - ABŞ-də nə baş verir?
Video
25.07.2024 10:11
Həftələrdir demokratların və vətəntəndaşların tələblərinə baxmayaraq, israrla prezidentliyə namizədliyini davam etdirən Cozef Bayden dünən gecə yarışdan geri çəkildiyini açıqlayıb. O, seçkilərə qədər prezident kimi fəaliyyət göstərsə də, vitse-prezident Kamala Harrisin Demokrat Partiyasının namizədi kimi onun yerini almasını təsdiqləyib.
TodayPress xəbər verir ki, “BBC” məsələylə bağlı geniş araşdırma yazısı dərc edib.
ABŞ-də sonuncu dəfə belə bir hal 1968-ci ildə baş verib. Lindon Conson yenidən seçilmək üçün namizədliyini irəli sürüb, lakin sonra o, kampaniyasını dayandırıb. Tarix yenidən təkrarlanıb.
Həmçinin, Partiyanın Milli Qurultayının avqustun 19-da başlaması planlaşdırılır. Demokrat Partiyası yeni namizədi dəstəkləmək üçün bir araya gəlməsə, bu, 1968-ci ildən bəri ilk dəfə açıq qurultay üçün zəmin yarada bilər. Bu o deməkdir ki, nümayəndələr bir neçə namizəd arasında kimə səs verəcəkləri barədə qərar verməkdə sərbəst olacaqlar.
Namizədlərin adlarının səsvermə bülletenində yer alması üçün isə ən azı 300 nümayəndənin (bir ştat üzrə 50-dən çox olmayaraq) imzası lazımdır.
Nəşr hazırki namizədlərin də siyahısını paylaşıb. Kamala Harrisdən sonra Miçiqan ştatının qubernatoru Gretçen Hitmer gəlir. Halbu ki, o, “əgər Bayden bu yarışdan geri çəkilsə, namizəd olmayacam” demişdi. İndi isə Hitmer iddia edir ki, namizəd kimi seçilsə, o, Trampı üstələyərək qalib gələ bilər.
Kaliforniya qubernatoru Gavin Nevsom, nəqliyyat katibi Pete Buttiqayeq və Pensilvaniya qubernatoru Coş Şapiro da namizədliyini irəli sürüb.
Qeyd edilib ki, Kamala Harris namizədliyi qazanarsa, bu şəxslərdən bəziləri vitse-prezident vəzifəsi üçün nəzərdə tutula bilər.
Töhfə Səməd