Tarantulun yeni növü aşkar edildi
Video
23.11.2024 09:29
Çexiyanın Masarika Universiteti və Kuba Zooloji Cəmiyyətinin tədqiqatçıları Kubanın qərbində “Trichopelma grande” adlı tarantulun yeni növünü aşkar ediblər.
TodayPress xəbər verir ki, unikal tapıntı ölçüsü və ayaqlarındakı bol uzun tükləri ilə fərqlənir. Bu onları daha heybətli və qorxunc göstərir. Bundan başqa hörümçəyin qarnındakı qeyri-adi ləkə elm adamlarının diqqətini cəlb edilib. Belə ki, onun bədənin yuxarı hissəsinin kənarları sıx şabalıdı-qəhvəyi rəngdə tüklərlə örtülü olduğu halda, mərkəz hissəsi hamar və qaranlıq formadadır.
Araşdırma zamanı alimlər DNT ardıcıllığından istifadə ediblər. 1348 ultrakonserved element lokusu təhlil edilib və nəticədə yüksək keyfiyyətli məlumatlar əldə olunub.
Tədqiqatçılar genetik məlumatlarla yanaşı, yeni növün morfoloji quruluşunu da öyrəniblər ki, bu da onlara onun unikal xüsusiyyətlərini daha yaxşı anlamağa imkan verib.
Yeni növ Kubanın qərbindəki Vinyales Milli Parkında aşkar edilib. Ekoloqlar onun ətraf mühitin mənfi təsirinə mərzu qalmasından və məhv olmasından ehtiyat edirlər.
Nərmin Tuncay