Tapşırıq yerinə yetirildi: Şərti düşmən zərərsizləşdirildi

Video

08.06.2024 16:45

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” təlimi davam edir. TodayPress-in xəbərinə görə, təlimin planına uyğun olaraq, hər üç ölkənin xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. "Qafqaz Qartalı - 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.

tag: Azərbaycan, Türkiyə, Gürcüstan, Qafqaz Qartalı, todaypress.az