Süni intellekt bəşəriyyəti məhv edəcək?
Video
01.09.2024 16:23
Almaniya və Böyük Britaniyadan olan alimlər qrupu süni intellekt modellərinin insanların nəzarətindən çıxa biləcəyini və bəşəriyyət üçün təhlükə yarada biləcəyini müəyyən ediblər.
TodayPress xəbər verir ki, Tədqiqat Hesablama Dilçilik Assosiasiyasının (ACL) saytında dərc edilib.
Komanda dörd fərqli süni intellekt modeli ilə sınaqdan keçirib və onlara tapşırıqlar verib. Bütün dörd model təlimatlara əməl etməyi bacarıb. Nəzərdən keçirilən neyron şəbəkələrində müstəqil davranış əlamətlərinə isə rast gəlinməyib.
Araşdırmalar göstərib ki, modelin nəzarətdən çıxacağı və tamamilə gözlənilməz, innovativ və potensial təhlükəli bir şey edəcəyi qorxusu əsassızdır.
Alimlər əlavə ediblər ki, bu qurğularda intellekt yoxdur. Ancaq bu, onların tamamilə zərərsiz olması və insanlar üçün təhlükə yaratmaması demək deyil.
Günəş Mərd
tag: Süni İnttelkt, Bəşəriyyət, Alimlər, Araşdırma, Almaniya, Böyük Britaniya ,todaypress.az