“Sülhü yubatmaq Ermənistana ziyan verəcək” – Ramiz Yunus AÇIQLADI
Video
26.02.2025 14:55
“Ağ Evdə hakimiyyət dəyişikliyi, Davos və Münhen konfransları, eləcə də ABŞ-nin Avropaya qarşı sərgilədiyi "soyuq duş" effekti qlobal geosiyasi proseslərin əsas xəttinə çevrilib. Bu prosseslər Cənubi Qafqaz regionuna da təsirsiz ötüşməyib”.
TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz “Facebook” hesabında yazıb.
O hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkədə yeni konstitusiyanın təcili qəbul olunmasının və bunun üçün ümumxalq referendumunun keçirilməsinin zəruriliyi barədə son bəyanatına məhz bu kontekstdə yanaşmaq lazımdır:
“Rəsmi İrəvan gec də olsa, nəhayət, anlayacaq ki, ABŞ və Avropanın vahid dəstəyinə bel bağlamaq, Azərbaycana təzyiq göstərmək cəhdləri artıq heç bir real perspektiv vəd etmir. Azərbaycan şərtləri əsasında sülh müqaviləsinin imzalanmasını uzatmaq isə yalnız Ermənistanın özünə ziyan verəcək. Eyni zamanda, Azərbaycanın regiondakı mövqeləri, eləcə də Türkiyə və İsrail kimi strateji tərəfdaşlarının mövqeləri daha da güclənəcək. Amerikanın qurucu babalarından biri olan Benjamin Franklinin dediyi kimi: "İtirilmiş zamanı geri qaytarmaq olmaz".
Nicat Osman