Sülhməramlıların Azərbaycandan çıxarılması tam başa çatdı

Video

12.06.2024 15:50

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

"Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib" deyə MN-in məlumatında qeyd olunub.

tag: Azərbaycan, Sülhməramlı, Rusiya, Silah, Texnika,todaypress.az