Stress xərçəngə səbəb ola bilər – XƏBƏRDARLIQ

Video

22.07.2024 08:53

Son illərdə stress və xərçəng arasında əlaqəni aşkar etməyə yönəlmiş tədqiqatlar xeyli artıb. 

TodayPress “Dail Mail”ə istinadən xəbər verir ki, bəzi elmi araşdırmaların nəticələri göstərib ki, boğaz, yemək borusu, burun, dil, tüpürcək boşluğu və mədəaltı vəzi xərçəngi olan insanlar xəstəlik aşkarlanana qədər tez-tez stress keçiriblər. 

ABŞ-də fəaliyyət göstərən həkim  Andrea Lin Roberts və ginekoloji onkologiya professoru Anil Soodun sözlərinə görə, stresli hadisələr ciddi sağlamlıq problemlərinin yaranma ehtimalını artırır. Bununla belə, həddindən artıq emosional gərginlik nəticəsində ürək xəstəliklərinin inkişaf riski xərçəngdən daha yüksəkdir. 

Buna baxmayaraq, qısamüddətli stress keçirən insanlar narahat olmamalıdır. Xroniki (daimi) stress isə immunitet sisteminin işini pozur. 

Töhfə Səməd


tag: Stress, Əsəb, Xərçəng, Xəstəlik, todaypress.az