SON DƏQİQƏ! Rusiya yenidən Xersonu bombaladı
Video
28.09.2024 08:50
Sentyabrın 27-də Rusiya Silahlı Qüvvələri aviabombalarla Ukraynanın Xerson vilayətində yaşayış binasına zərbələr endirib.
TodayPress xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Hadisə zamanı ikisi uşaq olmaqla dörd nəfər yaralanıb.
Yaralılardan 4 yaşlı uşağa yerindəcə tibbi yardım göstərilib.
Digər yaralılar arasında 15 yaşlı oğlan, həmçinin 51 və 68 yaşlı iki qadın da var.
Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Günəş Mərd