SON DƏQİQƏ! Polşa Belarusla sərhəddə xüsusi əməliyyata hazırlaşır

Video

18.07.2024 10:25

Polşa Belarusla sərhədi qorumaq üçün “Təhlükəsiz Podlasie” adlı yeni xüsusi əməliyyat keçirəcək. 

TodayPress, “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

"Avqustun 1-dən etibarən yeni missiya olacaq, iki əməliyyat - təlim və sərhəd mühafizəsi tamamlanacaq" deyə o, bildirib. 

Kosinyakın sözlərinə görə, “Təhlükəsiz Podlasie” adlı xüsusi əməliyyatda 17 minə qədər hərbçi iştirak edəcək. Eyni zamanda, Varşava lazım gələrsə, sərhəd zonasına əlavə qüvvə və resurslar göndərəcək.

Qeyd edək ki, bundan öncə Polşa milli müdafiə naziri Vladislav Kosinyak bəzi NATO ölkələrinin “Şərq Qalxanı” layihəsi çərçivəsində Rusiya və Belarusla sərhəddə istehkam xəttinin inşasında Polşaya dəstək verməyə hazırlaşdığını deyib. Nazir həmçinin Varşavanın Avropa İttifaqından “Şərq Qalxanı” layihəsinə maliyyə dəstəyi gözlədiyini  də bəyan edib.  

Günəş Mərd

tag: Polşa, Belarus, Rusiya, Varşava, Avropa, todaypress.az