SON DƏQİQƏ! Bir gecədə 182 ağır çox döyüş: Ukrayna üçün nə dəyişdi?
Video
02.09.2024 15:27
“Sentyabrın 1-də qarşıdurma xəttində 182 döyüş toqquşması qeydə alınıb. Cəbhədə vəziyyət ağır olaraq qalır”.
TodayPress “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində məlumat yayıb.
Qeyd olunub ki, sentyabrın 2-si gecə saatlarında rusların pilotsuz təyyarələri Poltava vilayətinə hücum edib. Hava hücumundan müdafiənin işi sayəsində insanlar xəsarət almayıb, lakin dron hücumu nəticəsiz qalmayıb. Pilotsuz təyyarənin qalıqları Poltava vilayətinin sənaye müəssisələrindən birinin inzibati və istehsalat binasına ziyan vurub.
Sumi şəhərində dünən axşam saatlarında Rusiyanın mülki infrastruktura raket hücumu nəticəsində isə 4-ü uşaq olmaqla 13 nəfər yaralanıb. Bir təhsil müəssisəsi, hündürmərtəbəli binalar dağıdılıb.
Sentyabrın 2-si səhər saatlarına olan məlumata görə isə Kiyevdə atışmaların nəticələrinin aradan qaldırılması üçün işlər davam etdirilir.
Günəş Mərd