SON DƏQİQƏ: Bakıda atışma: 3 polis, 1 mülki vətəndaş öldürüldü
Video
24.06.2024 16:39
Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda isə axtarışda olan Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
TodayPress xəbər verir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına
əsasən, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək
yayınmağa cəhd edib. Yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı
ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə
yetirib. Davam etdirilən tədbirlərlə Rövşən Allahverdiyev polis əməkdaşları tərəfindən
zərərsizləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq hərəkətləri
davam etdirilir.
tag: Bakı, Atışma, DİN, Xəzər Rayonu, Şüvəlan, todaypress.az