ŞOK OLAY: Restoranda pizzalara kokain qatıb qonaqlara təqdim etdilər

Video

24.10.2024 10:04

Almaniyanın Düsseldorf şəhərində yerli restoranlardan birində satışları artırmaq üçün pizzalara kokain əlavə olunub. 

TodayPress xəbər verir ki, bu barədə “Sky News” yazır. 

Qida mütəxəssiləri restoranda şübhəli şəkildə yüksək satışların həyata keçirildiyi barədə məlumat verdikdən sonra polis işi araşdırmağa başlayıb.  

Nəticədə restoranda 1,6 kq kokain və 268 min avro nağd pul aşkar edilib. 

İstintaq zamanı meneceri olduğu iddia edilən 3 işçi həbs edilib, 12 şübhəlinin evində axtarış aparılıb. 

Restoran müdiri isə ölkədən qaçmaq istəyərkən yaxalanıb və hələ də həbsdədir.

Məkan iddialardan sonra bağlanıb.  

Günəş Mərd

tag: Pizza, Restoran,Kokain,İstintaq, todaypress.az