Siyasi sanksiyalarla bağlı lobbiçilik beynəlxalq hüquqa maneədir

Video

05.11.2024 15:10

04 noyabr 2024-cü il tarixində Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi sanksiyalarla bağlı lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda tədbir keçirilib. 

TodayPress xəbər verir ki, tədbirdə STM-nin “Dezinformasiyaya qarşı mübarizə: İfşa Detektoru” layihəsi çərçivəsində aparılmış növbəti tədqiqat “Azərbaycana qarşı sanksiyalarda erməni lobbiçiliyi və siyasi korrupsiya. Şəbəkə. Faktlar. İfşa.” adlı kitab təqdim edilib. 

Tədbirdə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc siyasi sanksiyalarla bağlı lobbiçilik, parlament diplomatiyası, hüququn siyasi alətə çevrilməsindən söz açıb.  

Milli Məclisin “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya”sının sədri Ramid Namazov erməni lobbisinin gücsüzlüyündən danışıb. 

Milli Məclisin deputatı Fariz İsmayılzadə sanksiyaların hibrid müharibə aləti kimi istifadəsini diqqətə çatdırıb. Eyni zamanda 30 illik işğal dövründə Ermənistana qarşı sanksiyaların tətbiq olunmadığını vurğulayıb. 

Milli Məclisin deputatı Mübariz Qurbanlı Zəfərimizdən sonrakı sanksiya fəallığının dinamikasından danışıb. 

Milli Məclisin deputatı Rizvan Nəbiyev “COP-29. Azərbaycanın qlobal təşəbbüsü “Yaşıl dünya naminə həmrəylik" qərəzli sanksiyalara cavab kimi" mövzularda məruzə edib.

Tədqiqatın müəllifi, STM İdarə Heyəti sədrinin müavini Tahirə Allahyarova isə “Azərbaycana qarşı sanksiyalarda erməni lobbiçiliyi və siyasi korrupsiya” adlı kitabla bağlı bağlı məlumat verib.

Tədbir məruzələr ətrafında çıxışlar və müzakirələrlə davam edib.

 Günəş Mərd

tag: Sanksiyalar, Fariz İsmayılzadə, Zahid oruc, Parlament, todaypress.az