Şərqi Avropa müharibəyə hazır deyil
Video
10.08.2024 15:11
“Şərqi Avropanın əksər ölkələri ordu çatışmazlığı səbəbindən müharibəyə hazır deyil”.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” rəsmi məlumatlara və ordudakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Çexiya illərdir ki, orduda kadr çatışmazlığı ilə mübarizə aparır. Ölkənin 4-cü Çevik Yerləşdirmə Briqadası əsgər çatışmazlığı səbəbindən öz imkanlarının yalnız 50 faizində fəaliyyət göstərə bilir. Bu səbəbdən onlar Avropadakı orta məktəb şagirdlərini ordunun təşkil etdiyi təlim proqramlarına cəlb etməyə başlayıblar.
Nəşr analoji problemin hazırda Polşa, Rumıniya və Macarıstanda da yaşandığını qeyd edib. Polşa hərbi əməliyyatlar üçün kifayət qədər əsgərinin olduğunu və hədəfə çatdıqlarını bildirsə də, tənqidçilər bunun real olmadığını iddia edirlər.
Töhfə Səməd
tag: Şərqi Avropa, Ordu, Əsgərlər, Polşa, Müharibə, todaypress.az