SEPAH öz yeraltı raket bazasını təqdim etdi

Video

11.01.2025 16:38

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Səlaminin iştirakı ilə iranlı mütəxəssislər tərəfindən hazırlanmış təkmil raket kompleksinin təqdimatı keçirilib.

TodayPress xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb. 

Nəşr yazır ki, İsrailə qarşı “True Promise 1 və 2” əməliyyatlarının bir hissəsi bu yeraltı raket bazasından istifadə edilərək həyata keçirilib.

Əməliyyat zamanı bu bazadan raketlər ölkənin tam mərkəzində yerləşən İsrailin “Navatim” bazasını vurmağa müvəffəq olub.

"Tezliklə yeraltı raketlər və pilotsuz təyyarələr kompleksləri açılacaq və siz İranın qüdrətinin daha əvvəl görünməmiş böyüklüyünü və dərinliyini görəcəksiniz" deyə general-mayor Salami bildirib.

Töhfə Səməd

tag: İran, SEPAH ,Yeraltı ,Raket, todaypress.az