Səhnəmizin divasının "gəlinciy"i satışa çıxarılacaq
Video
17.06.2024 12:20
Xalq artisti Aygün Kazımovanın "gəlinciyi" hazırlanıb.
TodayPress xəbər verir ki, Pop kraliça bu haqda ilk dəfə "Zaurla Günaydın" verilişində danışıb. Müğənni gəlinciyin ilk görüntüsünü nümayiş etdirib.
"Satışda fərqli və kiçik forması olacaq. Yanında aksessuarları da yer alır" deyə, ölkənin əsas ulduzu bildirib.
Qeyd edək ki, A.Kazımova ötən il "gəlincik"obrazı ilə fotosessiya etdirmiş və böyük səs-küyə səbəb olmuşdu. (axşam.az)
tag: Aygün Kazımova, Gəlincik, Satış, Xalq Artisti, todaypress.az