Səfərbərlikdən yayınıb Avropaya qaçan ukraynalılar geri qaytarılacaq

Video

26.07.2024 10:24

“Avropa İttifaqı (Aİ) ölkələri ukraynalıları geri qayıtmağa və Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa məcbur etməlidir”.

TodayPress xəbər verir ki, bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib. 

“Aİ ölkələri Ukraynaya səfərbərlikdə kömək etməlidir, çünki Avropa İttifaqında vətənlərini müdafiə etməyə borclu olan yüz minlərlə potensial çağırışçı var. Hazırda cəmiyyətdə bununla bağlı müzakirələr gedir. Ukraynalıların gələcəkdə də rahatlıqla Aİ ölkələrində qalması üçün onları geri qayıtmağa və Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa məcbur edəcək şərtlərin qoyulması mütləqdir”.

Onun sözlərinə görə, Varşavanın birtərəfli tədbirləri effektiv olmayacaq, çünki ukraynalılar Polşanı tərk edərək digər Aİ ölkələrinə gedə bilərlər. Buna görə də birgə çalışmaq lazımdır. 

Töhfə Səməd

tag: Polşa, Ukrayna, Varşava, Avropa, todaypress.az