Səfərbərlikdən yayınaraq ölkə xaricinə qaçmaq cəhdi baş tutmadı

Video

07.08.2024 09:58

Ukrayna Polisi dondurulmuş ət daşıyan mikroavtobuslarda ölkəni tərk etməyə çalışan 16 nəfəri saxlayıb. 

Todaypress xəbər verir ki, bu barədə polis şöbəsi məlumat yayıb. 

“Sürücülər hərbi xidmətə çağırılan 16 nəfəri mal-qara əti ilə birgə soyuducuda gizlədib və nəzarət-buraxılış məntəqələrindən birindən Moldova Respublikasına qanunsuz keçirməyə cəhd ediblər” deyə məlumatda əlavə edilib.

Bildirilib ki, ölkədə qaçaqmalçılıqla məşğul olanlar hazırki vəziyyətdən sui-istifadə edərək ölkə xaricinə çıxmaq üçün tələb etdikləri pulu 3 dəfəyə qədər artırıblar. Ukraynadan qaçmaq istəyən vətəndaşlar bunun üçün gərək 8-10 min ABŞ dolları ödəsinlər. 

Qeyd edək ki, övladlarını cəbhəyə göndərmək istəməyən ukraynalı valideynlər uşaqlarını xaricə göndərməyə başlayıblar.

Töhfə Səməd

tag: Ukrayna, Polis, Səfərbərlik, Hərbi, todaypress.az