Salah iki rekordla tarixə düşdü

Video

23.12.2024 19:00

"Liverpul" klubunun hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının tarixinə düşüb.

TodayPress xəbər verir ki, misirli futbolçu "Tottenhem"lə görüşdə iki rekorda imza atıb.

Salah İngiltərə çempionatlarında ardıcıl 4 mövsümdə 10 qol vurub, 10 məhsuldar ötürmə edən ilk futbolçu olub. 

Forvard Milad Bayramına kimi Premyer Liqada 15 qol vurub və 11 ötürmə verən ilk oyunçu kimi adını tarixə yazdırıb.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm bütün turnirlərdə keçirdiyi 23 oyunda 18 qol vurub və 13 ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: Klub, Liqa, Futbol, Salah, todaypress.az