ŞAD XƏBƏR: Artım pensiya alanların hamısına şamil olunacaq
Video
12.02.2025 18:23
“Ölkə başçısının sərəncamına əsasən bütün növ əmək pensiyaları, təqaüdlər, müavinətlər indeksləşdiriləcək və ötən ilin orta əməkhaqqı artımı nisbətində artırılacaq. Ötən il orta əməkhaqqının 8,1 faiz artırılması nəzərdə tutulub”.
İqtisadçı Eyyub Kərimli bunu TodayPress-ə danışarkən deyib.
Ekspert qeyd edib ki, bu, 1 milyon 100 min nəfər pensiya alan şəxsə şamil olunacaq. “Ölkədə üç formada pensiya alan var: ailə başçısını itirməyə görə, yaşa və əlilliyə görə pensiya alanlar. Artım pensiya alanların hamısına şamil olunacaq. Digər tərəfdən, minimum əmək haqqının artırılması ilə əlaqədar sosial və bu qəbildən olan digər müavinətlərin də artırılması nəzərdə tutulub".
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minimum əməkhaqqı, bəzi sahələrdə əməkhaqları ilə yanaşı, yaxın aylarda sosial müavinətlər və təqaüdlərin artırılacağını açıqlayıb.
Qiymət Mahir