Rusiyanın yeni “Volqa”sı

Video

19.06.2024 13:14

Avtomobil həvəskarları diqqətiniz bizdə olsun. Nijni Novqorodda keçirilən sərgidə ilk dəfə olaraq “Volqa”nın yeni avtomobilləri təqdim edilib. 

TodayPress xəbər verir ki, nəqliyyat vasitələri üç sinifdə - Volqa C40 - D sinif sedan, Volqa K30 - C sinif  krossover, Volqa K40 - D krossoveri Nijni Novqorod avtomobil klasterində istehsal olunacaq. 

Hər üç modeldə 188 at qüvvəsi (300 Nm) olan müasir benzin mühərriki və yeddi pilləli avtomatik transmissiya istifadə olunur. Avtomobillər ağıllı sürücü yardım sistemləri ilə təchiz olunub və multimedia sisteminə inteqrasiya edilib.

“Volqa” avtomobillərinin istehsalına 2024-cü ildə, 2025-ci ildən isə tam dövr rejimində başlanacaq.

Nərmin Tuncay


tag: Rusiya, Avtomobil, Nijni Novqorod, Volqa, Sedan, todaypress.az