Rusiyada miqrantlara taksi sürücüsü işləmək qadağan edildi

Video

26.12.2024 12:06

Rusiyanın Ulyanovsk vilayətində miqrantlara taksi sürücüsü işləmək qadağan edilib. 

TodayPress xəbər verir ki, bu barədə regional hökumət portalında dərc edilmiş sənədin mətnindən belə yazılıb.

Taksi sənayesi ilə yanaşı, əcnəbi mütəxəssislərin də şəhərdaxili, şəhərətrafı və şəhərlərarası nəqliyyatda avtobuslarla müntəzəm sərnişindaşıma, eləcə də digər yerüstü daşımalarla məşğul olması qadağan ediləcək.

Bundan başqa, fərmana əsasən, miqrantlar alkoqollu içkilər, o cümlədən pivə və tütün məmulatlarının satışı ilə məşğul olan ixtisaslaşdırılmış mağazalarda işlə təmin oluna bilməyəcəklər.

Yeniliklər 2025-ci ildən qüvvəyə minəcək. Kadr məsələsini həll etmək üçün işəgötürənlərə üç ay vaxt verilib.

Əvvəllər Xantı-Mansiysk Muxtar Dairəsində miqrantların bir sıra ərazilərdə işləməsi qadağan edilib. Xüsusilə dayələr, bərbərlər və kuryerlər.

Töhfə Səməd

tag: Rusiya ,Miqrant ,Taksi, Qadağan ,todaypress.az