Rusiya vilayətində Ukrayna PUA-ları vuruldu
Video
17.12.2024 14:14
Dekabrın 17-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbələr endirməyə cəhd edib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Ukrayna pilotsuz uçuş aparatı (PUA) Belqorod vilayəti üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Müdafiə Nazirliyi Ukraynanın hərəkətlərini Rusiya ərazisindəki hədəflərə terror hücumu həyata keçirmək cəhdi adlandırıb.
Dekabrın 16-da Ukrayna Silahlı Qüvvələri Bakı vaxtı ilə səhər saat 8-də Bryansk vilayətinə hücum edib. Bölgədə iki PUA hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Qubernator Aleksandr Boqomazın aydınlaşdırıb ki, hücum nəticəsində heç kim xəsarət almayıb və dağıntı olmayıb.
Töhfə Səməd