Rusiya Ukraynaya raket zərbələri endirdi, 20 nəfərdən çox ölən var
Video
08.07.2024 15:43
Rusiya hərbi aviasiyası Ukraynanın Kiyev, Dnepr və Krivoy-Roq şəhərlərinə raket zərbələri endirib. Hücum zamanı əsasən “Kinjal” və “Kalibr” raket sistemlərindən istifadə edilib.
TodayPress-in məlumatına görə, həyəcan siqnalı ilə əraziyə dərhal təcili yardım və yanğınsöndürmə briqadaları, eləcə də polis əməkdaşları cəlb edilib. Paytaxtda raket zərbələri zamanı ümumilikdə 7 nəfərin öldüyü bildirilir. Atılan raketlərin bir hissəsi isə paytaxtın Şevçenko rayonu ərazisinə düşüb.
Dnepr və Krivoy-Roq şəhərləri də aviahücumlara məruz qalıb. 10 nəfər ölüb, 31 nəfər yaralanıb. Xəsarət alanlardan 10-nun vəziyyəti ağırdır
Ukraynanın Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin tam gücü ilə işə düşdüyünü açıqlayıb.
tag: Rusiya, Ukrayna, Dnepr, Krivoy-Roq, Raketlər, todaypress.az