Rusiya-Ukrayna cəbhəsində gərginlik: “2 həftədən sonra Tramp vədinə əməl etməsə…” - ŞƏRH

Video

11.01.2025 11:59

“Ukrayna-Rusiya savaşı yanvarın 20-nə qədər daha gərgin xarakter alacaq. Çünki tərəflər Trampın hakimiyyətə gəlməsindən sonrakı dönəmə hazırlaşırlar”. 

Bunu TodayPress-ə verdiyi açıqlamada politoloq Oqtay Qasımov deyib. Onun sözlərinə görə, hazırda Rusiya-Ukrayna cəbhəsində müharibənin aktivləşməsinin əsas səbəbi Donald Trampın verdiyi sözlərdir. Belə ki, o, prezident fəaliyyətinə başlayandan sonra tərəflər arasında sülhə nail olacağını bildirmişdi. Ona görə də hər iki ölkə hazırda daha çox əraziləri nəzarətə götürməklə, gələcəkdə danışqlar masasında öz əllərini gücləndirməyə çalışırlar.

“Bundan sonra da qalan 2 həftə müddətində hesab edirəm ki, daha ciddi bir eskalasiyanın şahidi olacağıq. Çünki yanvarın 5-də də Ukrayna ordusu Kursk istiqamətində əks hücum əməliyyatlarını intensivləşdirib, müəyyən əraziləri nəzarətə götürüb. Ona görə də bütün bunlar gözlənilən ssenarilərdir” deyə analitik diqqətə çatdırıb.

Qeyd edək ki, Ruisya Müdafiə Nazirliyindən verilən məlumatlara əsasən, hazırda Donetskin Daçenskoye və Kuraxovo kəndləri Rusiyanın nəzarətinə keçib. Həmçinin Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində ən böyük litium yatağına nəzarəti də itirib. Eyni zamanda, Ukrayna qüvvələri Leonidovo istiqamətində hücumları aktivləşdirib və Puşkarno yaxınlığında, Sudjanın şərqində hücum əməliyyatları həyata keçirib. Bu isə Kurskda hərbi gərginliyin artmaqda olduğunu göstərir. Rusiya mətbuatı da vilayətdəki döyüşlərin intensivliyini təsdiqləyib.

Töhfə Səməd

tag: Rusiya ,Kursk, Donetsk, ukrayna ,todaypress.az