Rusiya səmasında 16 Ukrayna PUA-sı vuruldu
Video
19.10.2024 15:44
Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk və Rostov vilayətləri üzərində Ukraynaya məxsus 16 PUA-nı məhv edib və ələ keçirib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, oktyabrın 19-da saat 00:00-dan 06:00-ya qədər Rusiya ərazisindəki obyektlərdə PUA-lardan istifadə etməklə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb.
Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatı Bryansk vilayəti ərazisində, 2-si Rostov vilayəti ərazisində, 1-i isə Belqorod vilayətində vurulub.