Rusiya ordusu 24 saatda 36 hücum həyata keçirdi
Video
12.09.2024 09:12
Rusiya Pokrovskı ələ keçirsə, Donbasın qalan hissəsini nəzarətə götürməyə və Ukrayna üzərində strateji üstünlük əldə etməyə nail olacaq.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Pokrovsk bütün Donbas boyu bir çox dəmir yolu və avtomobil xətlərinin mərkəzində yerləşir. Bu baxımdan Rusiyanın uğurlu hücumu Ukrayna qoşunlarının digər bölgələrdəki əsas təchizat xəttini kəsmiş olacaq.
Bundan əvvəl, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “CNN” telekanalına müsahibəsində bildirib ki, Ukrayna ordusu cəbhənin Pokrovsk istiqamətində ciddi çətinliklər yaşayır. Onun sözlərinə görə, Ukrayna hərbçiləri Pokrovskı əldən verməmək üçün Rusiya ordusuna qarşı güclü müqavimət göstərir.
“RBK-Ukrayna” isə yazır ki, sutka ərzində döyüş xəttində 131 toqquşma baş verib. Döyüşlərin demək olar ki, böyük əksəriyyəti Pokrovsk və Kuraxiv istiqamətlərində qeydə alınıb. Ukrayna Silahlı Qüvvələri son 24 saatda 36 hücumu dəf edə bilib.
Töhfə Səməd
tag: Rusiya, Ukrayna ,Pokrovsk, Kuraxiv, Hücum, todaypress.az