Rusiya-NATO müharibəsinin başlanacağı tarix açıqlandı
Video
13.07.2024 14:36
“2029-cu ilə qədər Rusiyanın NATO ilə müharibəsi başlaya bilər”.
TodayPress, “BILD” nəşrinə istinadən xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Karsten Breuer bildirib.
Breuer hesab edir ki, 5-8 ildən sonra Rusiyada təxminən 1,5 milyon əsgər olacaq ki, bu da Rusiyanın Ukraynada yerləşdirdiyi qoşunların sayından iki dəfə çoxdur. Onun sözlərinə görə, Rusiya ildə təxminən 1.5 min döyüş tankı istehsal edir.
“Siz təqvimdə 2029-cu ili müharibənin başladığı tarix kimi qeyd etməlisiniz! O vaxta qədər hələ çox iş görməliyik, hazır olmalıyıq. Bundesverdə hazırda 181.500 əsgər var ki, bu da hədəflədiyimiz 203 min əsgər sayından 20 min azdır. Buna görə də Almaniya hakimiyyəti məcburi hərbi xidmətin bərpası imkanlarını nəzərdən keçirir” deyə Breuer qeyd edib.
“BILD”in məlumatına görə, hökumət artıq “Almaniya Əməliyyat Planı” (“OPLAN DEU”) hazırlayıb. Bu sənəd Almaniyanın hərbi arxitekturasının mümkün hərbi münaqişə başlamazdan əvvəl necə qurulmalı olduğunu təsvir edir. Müharibə başlayarsa, Almaniyanın əsas vəzifəsi NATO qüvvələrinin yanacaq, ərzaq və dərmanlarla təchizatını təmin etmək olacaq.
Günəş Mərd