Rusiya millisi DÇ-2030-da iştirak edə bilər?

Video

25.12.2024 11:29

Futbol üzrə Rusiya yığma komandası 2030-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirak edə bilər.

TodayPress “RIA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Dmitri Çernışenko deyib. 

O, Rusiya Futbol İttifaqının bu məsələ ilə bağlı strategiya hazırladığını bildirib.

Xatırladaq ki, 2022-ci ilin fevralında Rusiya yığması Ukrayna ilə müharibə səbəbindən FIFA və UEFA-nın bayrağı altında təşkil olunan turnirlərdən kənarlaşdırılıb. 

Qeyd edək ki, DÇ-2030-un İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçirilməsi planlaşdırılır.

Namiq HUN

tag: Rusiya ,Milli ,Futbol, Komanda, todaypress.az