Rusiya Kurskda ən böyük əks-hücuma başladı

Video

12.10.2024 13:29

Rusiya ordusunun başlatdığı əks-hücum əməliyyatı Ukrayna qüvvələrinin avqustun əvvəlində təxminən 1000 kvadratkilometr ərazini ələ keçirdiyi Kursk vilayətinin Sudja və Korenevsk rayonlarına təsir edib. 

TodayPress xəbər verir ki, Rusiya ordusu Lyubimovka kəndi ərazisində Ukrayna qüvvələrinin müdafiəsini yarıb.  Bunun nəticəsində Ukrayna ordusunun iki batalyonu mühasirəyə düşüb. 

Faktı Ukraynanın OSINT layihəsinin analitikləri də təsdiqləyib.  Onların məlumatına görə, rus qoşunları Ukrayna qüvvələrinin Kursk qrupunun sol cinahını yarıb. 

“Rusiya ordusu hazırda Novoivanovka və Zelyonı Put yaşayış məntəqələri ərazisində möhkəmlənməyə çalışır. Rus qoşunları təxminən yeddi kilometr dərinliyə nüfuz edə bilib” deyə məlumatda qeyd olunub.   

Ukrayna qüvvələrinin baş komandanı Aleksandr Sırski Rusiya ordusunun Kursk vilayətinə başqa cəbhələrdən 50 minə yaxın hərbçi köçürdüyünü bildirib.

tag: Rusiya,Ukrayna,Kursk,Hücum,Todaypress.az