Rusiya hərbi görüşə raket zərbəsi endirdi

Video

07.04.2025 20:48

Krivoy Roq şəhərində Ukrayna Silahlı Qüvvələrinin komandirləri və Qərb hərbi təlimatçılarının iştirakı ilə keçirilən görüşün baş tutduğu restorana Rusiya qüvvələri tərəfindən raket zərbəsi endirildiyi iddia edilir.   

TodayPress xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Nazirliyin açıqlamasına görə, hadisə aprelin 4-də yerli vaxtla saat 18:49-da baş verib.  Raket yüksək partlayış gücünə malik döyüş başlığı ilə təchiz olunub. 

Zərbənin nəticəsində 85-ə qədər xarici hərbçi və zabit həlak olub, həmçinin 20-yə qədər texnika məhv edilib. 

Qiymət Mahir

tag: Rusiya,Ukrayna,Münaqişə,Zərbə,Todaypress.az