Rusiya əks-hücuma keçdi, Ukrayna Donetskdən geri çəkilir
Video
14.08.2024 14:05
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Donetskin Pokrovsk istiqamətində Qrodovka kəndi və Novoqrodovka şəhərlərindəki mövqelərini tərk edirlər.
TodayPress xəbər verir ki, bu barədə “TASS” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
“Düşmən Pokrovsk istiqamətində o qədər də müqavimət göstərə bilmədi. Onlar yavaş-yavaş ətraf ərazilərdən Qrodovkadakı mövqelərini tərk edərək Novoqrodovka ərazisinə çəkilir” deyə bildirilib.
Əlavə edilib ki, Rusiya qoşunlarının sürətli irəliləməsi Ukrayna ordusuna müdafiə sistemləri qurmaq imkanı vermir.
Töhfə Səməd
tag: Ukrayna, Rusiya