Rusiya Dnepri atəşə tutdu: Biri körpə olmaqla altı nəfər yaralandı
Video
05.06.2024 15:14
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərini atəşə tutması nəticəsində biri körpə olmaqla altı nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının başçısı Sergey Lısak teleqramda bildirib.
“Düşmən şəhərə hücum edib. HHM qüvvələri iki raketi zərərsizləşdirib. Lakin qalıqların düşməsi nəticəsində mülki infrastruktur zədələnib, yanğın başlayıb, yerli sakinlər yaralanıb. Onların arasında uşaqlar da var. 17 yaşlı gənc oğlan isə orta ağır vəziyyətdə xəstəxanadadır” o qeyd edib.
Bundan başqa, 15 avtomobilə, habelə ətrafdakı evlərə və xəstəxanaya ziyan dəyib.