Rusiya darmadağın etdi, Ukraynada enerji kəsildi
Video
28.11.2024 15:41
Rusiya Ukraynanın energetika obyektlərinə
raket zərbələri endirib. Yaranmış vəziyyətlə əlaqədar
paytaxt Kiyevdə daxil olmaqla, Odessa, Dnepropetrovsk və Donetsk vilayətlərinin
elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb.
TodayPress xəbər verir ki,ərazidə hava həyəcanı siqnalları səsləndirilib. O, da bildirilib
ki, hazırda Odessa, Xarkov, Kirovoqrad, Lutsk, Kropivnitsk və Rovno şəhərlərində
ardıcıl partlayış səsləri eşidilib.
Ukraynanın
energetika naziri German Qaluşenkonun sözlərinə görə, hücumun nəticələri barədə
məlumat təhlükəsizlik şəraiti imkan verən kimi dəqiqləşdiriləcək. Qeyd edək ki,
Rusiyanın yeddi “Tu-95MS” strateji bombardmançı təyyarəsinin səmaya qalxdığı,
Qara dənizdən isə “Kalibr” raketi ilə Ukraynaya hücum edildiyi bildirilib.