Rus ordusu Kurskda sürətlə irəliləyir: Ukrayna böyük itki verdi

Video

12.09.2024 14:12

Rus qoşunları Kursk vilayətində əks-hücuma başlayıb. Hazırda bölgədə vəziyyət qeyri-sabitdir.

TodayPress xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, Rusiya ordusunun hücumlarının miqyası və potensial perspektivləri hələ də bəlli deyil və qəti nəticələr çıxarmaq tezdir.

Rusiya hərbi blogerlərinin iddialarına əsasən, rus qoşunları Korenevo yaxınlığında şimaldan əks-hücuma keçib və sürətlə Snaqost istiqamətində irəliləyib. Bəzi mənbələr isə rusların Snaqostda nəzarəti tam bərpa etdiklərini bildirirlər. 

Rusiya ordusunun Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Əhməd” (Axmat) xüsusi təyinatlılarının komandanı, general-mayor Aptı Alaudinovun sözlərinə görə, Kursk vilayətinə hücum başlayandan bəri Suca bölgəsində Ukrayna qüvvələrinin itkiləri təxminən 7 min nəfər təşkil edib.

Nərmin Tuncay

tag: Rus Qoşunları, Kursk ,Hərbi, Hücum ,todaypress.az