Rus ordusu döyüş meydanında qalib gəlib - Amerikalı kəşfiyyatçıdan şok açıqlama

Video

24.07.2024 16:07

“Şimali Atlantika Alyansı qarşıdakı on ildə qaçılmaz parçalanma ilə üz-üzədir”.

TodayPress, “Lenta.ru”ya istinadən xəbər verir ki, bu sözləri amerikalı keçmiş kəşfiyyatçı Skott Ritter deyib.

“Ukrayna münaqişəsi hərbi blokun məğlubiyyəti ilə başa çatdıqda, alyansın özündə dərin parçalanma, eləcə də ölkələrin alyans çərçivəsində birgə işləməkdən imtina etməsini müşahidə edəcəyik. NATO üzvlərinin məyusluqları nəhayət üzə çıxacaq” deyə o, qeyd edib.

Ritterin sözlərinə görə, alyansın dağılmasının əsas səbəbi Qərb ölkələrinin bir-birinə qarşı məhdudiyyətlər tətbiq etməsi, hərbi xərclərin artması və münasibətləri yaxşı saxlamalı olduqları ölkələrlə münaqişə etmələridir. 

Skott Ritter vurğulayıb ki, Kiyevin qərbli müttəfiqlərinin silah yardımlarına baxmayaraq, rus qoşunları artıq döyüş meydanında qalib gəlib.

Töhfə Səməd

tag: Ritter, Qərb, Alyans, Amerika, todaypress.az