Ronaldo son arzusunu AÇIQLADI

Video

30.08.2024 16:17

Kriştiano Ronaldo 1000 qol vurduqdan sonra karyerasını bitirəcək. 

TodayPress xəbər verir ki, Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu 1000 qol həddinə çatıb, 41 yaşında karyerasını bitirmək arzusunda olduğunu açıqlayıb.

Forvard tezliklə qarşısına 900, daha sonra 1000 qol vurmaq hədəfi qoyacağını, zədəsi olmayacağı təqdirdə karyerasını 41 yaşına qədər davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, hazırda 39 yaşlı futbolçunun aktivində 893 qol var. Ronaldo bu qollardan 763-ü klub matçlarında, 130-u isə Portuqaliya millisində vurub. 

Namiq HUN

tag: Ronaldo, Portuqaliya, Forvard, Qol, todaypress.az