Ronaldo karyerasında 600-cü qolunu vurdu

Video

07.10.2024 16:43

“Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo tarixə düşüb.  

TodayPress xəbər verir ki, forvard karyerasında çıxış etdiyi ölkələrin çempionatlarının yüksək divizionlarında 600-cü qolunu vurub.

39 yaşlı futbolçu buna Səudiyyə Ərəbistanı çempionatının VI turunda, “Əl-Oruba” klubu ilə matçda (3:0) bir qol vurmaqla nail olub. 

Ronaldo tarixdə bu həddə çatan ilk futbolçudur. Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.

Bu göstəricidə ikinci olan “İnter Mayami”nin hücumçusu Lionel Messinin hesabında 556 qol var. 

İlk üçlüyü isə 479 qolla “Barselona”nın keçmiş hücumçusu Romario təşkil edir.

Namiq HUN


tag: Ronaldo,Forvard,Səudiyyə Ərəbistanı,Əl-Oruba,İnter Mayami,todaypress.az