Romariodan iddialı açıqlama: “Müasir futbolçular axmaqdır”
Video
21.06.2024 14:54
Braziliya millisinin sabiq hücumçusu Romario bildirib ki, indiki dövrdə oynasaydı, futbolda daha böyük nailiyyətlər əldə edə bilərdi.
TodayPress xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.
“Düşünürəm ki, bu gün meydanda daha uğurlu olaram, çünki müasir futbolçular çox axmaqdır. Çox qaçırlar. Mənim vaxtımda da yaxşı fiziki formada olmalı idin, amma oyunçular daha texniki və daha ağıllı idilər. Əminəm ki, bu gün 2000-dən çox qol vurardım”, - Romario bildirib.
Romario karyerası ərzində 827 qol vurub. Futbolçu özü isə 1000-dən çox qol vurduğunu iddia edir.
Romario Braziliya millisi ilə 1994-cü ildə dünya çempionu titulunu qazanıb. O, millidə keçirdiyi 70 oyunda 55 dəfə fərqlənib. Romario milli komanda tarixində Ronaldo, Pele və Neymardan sonra dördüncü bombardirdir. Braziliyalı Avropada PSV ilə 1994-cü ildə Çempionlar Liqasının finalına yüksəldiyi və Barselonadakı çıxışları ilə tanınır. O, 2007-ci ildə karyerasını başa vurub.
58 yaşlı Romario bu ilin aprelində karyerasını davam etdirmək qərarına gəlib. O, Braziliyanın dördüncü ən yüksək divizionu olan D Seriyasında çıxış edən Rio de Janeyronın America klubu ilə müqavilə imzalayıb. Braziliyalı bu qərarını 30 yaşlı oğlu Romarinyo ilə oynamaq istəyi ilə izah edib. İlin əvvəlində Romario Amerikanın prezidenti olub.
Namiq HUN
tag: Romario, Müasir Futbolçu, Neymar, Çempionlar Liqası, Pele, todaypress.az