Reza Deqqati insanların üzləşdiyi ən böyük savaşdan danışdı

Video

14.11.2024 11:00

“İlk növbədə biz yadımızda saxlamalıyıq ki, dünya bizim, hamımızın evidir. İnsanlar dünyaya öz evləri kimi baxsa, o zaman əllərindən gələni edəcəklər ki, həmin yer gözəl olsun”. 

Bunu TodayPress-ə verdiyi açıqlamada dünyaca məşhur fotoqraf Reza Deqqati deyib. 

Onun sözlərinə görə, 40 ilə yaxındır ki, müharibə zonalarına gedir və oradan fotolar çəkir. Lakin R.Deqqatinin qənaətincə, bütün bunlar kiçik müharibələrdir. Ən böyük savaş isə hər gün insanların daha çox əleyhinə işləyən iqlim dəyişmələridir. 

“Biz dünyanın daha yaxşı yer halına gəlməsini istəyiriksə, ilk növbədə uşaqlardan başlamalıyıq. Ən yaxşı metod isə təlim və təhsildir. Bu məqsədlə mən bütün dünya uşaqlarını bir araya gətirən foto müsahibəsi təşkil edirəm. Şüarımız isə “Təbiəti sevirəm, çirklənmədən qorxuram”. İndiyə qədər 90 ölkədən 7 minə yaxın uşaq bu layihədə iştirak edib”. 

Dünyaca məşhur fotoqrafın sözlərinə görə, növbəti sərgisi Bakıda, COP29 çərcivəsində təşkil olunacaq. Sərgi Leyla Əliyevanın dəstəyilə Heydər Əliyev mərkəzində noyabrın 18-də baş tutacaq. 

Töhfə Səməd

tag: Reza Deqqati,Fotoqraf, COP29,İqlim, todaypress.az