Reşford Ərəbistanın 5 klubundan təklif aldı
Video
21.12.2024 12:54
“Mançester Yunayted” futbol klubundan ayrılması gözlənilən Markus Reşforda Səudiyyə Ərəbistanından təklif var.
TodayPress xəbər verir ki, ingiltərəli forvardla bu ölkənin 5 klubu maraqlanır.
“Əl-İttihad”, “Əl-Hilal”, “Əl-Nəsr”, “Əl-Əhli” və “Əl-Kadisiya” kimi klublar 27 yaşlı futbolçunu heyətində görmək istəyir.
Reşford karyerasını Avropada da davam etdirə bilər. Madrid “Atletiko”su Markusu icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, Markus Reşfordun “Mançester Yunayted”lə 2028-ci ilin yayına kimi müqaviləsi var. O, cari mövsümdə meydana çıxdığı 24 oyunda 7 qol vurub və 3 ötürmə edib.
Namiq HUN