"Real Madrid" klubu Kilian Mbappenin transferindən narazıdır
Video
20.10.2024 14:32
“Real Madrid” futbol klubunun baş məşqçisi Karlo Ançelotti adı təcavüz qalmaqalında hallanan Kilian Mbappe haqda danışıb.
“Mbappe özünü çox yaxşı hiss edir. O, vəziyyətini yaxşılaşdırmaq üçün fasilədən istifadə etdi. Heyətə qayıtmağı səbirsizliklə gözləyir və komanda üçün vacib olmaq istəyir” deyə Ançelotti bildirib.
Bu arada "Real Madrid" klubu Kilian Mbappenin transferindən narazıdır. Bu barədə jurnalist Romen Molina məlumat verib.
Onun sözlərinə görə, "Real" fransız hücumçunu dəvət etdiyinə görə peşman olub:
“Mən buna zəmanət verirəm. Bunu mənə səs qeydi olmadan deyiblər. Onu Florentino Peres istəyib. O, ulduz oyunçuları sevir. Klub üzvləri onun oyun səviyyəsindən məyus olublar. Bəlkə də, bunda Kilianın təqsiri yoxdur".
Xatırladaq ki, Kilian Mbappe ilə "Real Madrid" klubu arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb.